"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Azərbaycanda keçiriləcək referendumla bağlı Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb

Azərbaycanda keçiriləcək referendumla bağlı Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıbAzərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Daxili İşlər Nazirliyində (DİN) xüsusi tədbirlər planı hazırlanıb. DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, ölkədə keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar asayişin mühafizəsi, ictimai qayda və təhlükəsizliyin təmin edilməsinə dair hazırlanmış tədbirlər planı nazir Ramil Usubov tərəfindən təsdiqlənib. Tədbirlər planına əsasən, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri martın 17-dən 20-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Oxunub: 792 | Tarix: 14-03-2009, 10:44 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

Politoloqlarının Türkiyə ilə Ermənistan arasında bu ilin aprelində imzalanması gözlənilən sazişə münasibəti

Politoloqlarının Türkiyə ilə Ermənistan arasında bu ilin aprelində imzalanması gözlənilən sazişə münasibətiAzərbaycan politoloqları Türkiyənin “Star” qəzetinin bugünkü sayında Ermənistan-Türkiyə münasibətləri ilə bağlı dərc olunan yazıya münasibətlərini açıqlayıblar. Qeyd edək ki, “Star” qəzeti Ermənistanla Türkiyə arasında gedən danışıqların artıq başa çatmaq ərəfəsində olduğunu və yaxın günlərdə rəsmi sənədin imzalanacağını yazıb. Yazıda bildirilir ki, imzalanacaq sənəddə Dağlıq Qarabağ məsələsinin ön şərt kimi irəli sürülmədiyi, Türkiyənin Ermənistanla sərhədlərini açacağı, qarşılıqlı ticarət əlaqəsinin yaranacağı və 1915-ci il hadisələri ilə tarixçilərdən ibarət birgə komissiyanın təşkil olunacağı əksini tapıb.

Oxunub: 685 | Tarix: 14-03-2009, 10:44 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

«Azərbaycan hökumətinin 2008-ci ilin yekunlarına dair hesabatı ətraflı hazırlanıb»

«Azərbaycan hökumətinin 2008-ci ilin yekunlarına dair hesabatı ətraflı hazırlanıb»Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan hökumətinin 2008-ci ildəki fəaliyyəti ilə bağlı parlamentə təqdim etdiyi hesabat müzakirə olunub. «APA-ECONOMICS»in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov hökumətin hesabatının ətraflı, dəqiq hazırlandığını bildirib. Spiker hesabatda sosial-iqtisadi, mili təhlükəsizlik, mülki müdafiə və digər sahələrlə bağlı aparılan təhlillərin əks olunduğunu vurğulayıb.

Oxunub: 672 | Tarix: 14-03-2009, 10:42 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

Son 5 ildə Azərbaycanda müdafiə sektoruna yönəldilən vəsait 9,7 dəfə artıb

Son 5 ildə Azərbaycanda müdafiə sektoruna yönəldilən vəsait 9,7 dəfə artıbÖtən il Azərbaycanda ölkənin müdafiəsi üçün həyata keçirilən tədbirlərə dövlət büdcəsindən 1 mlrd. 344 mln. manat vəsait sərf olunub. APA-nın məlumatına görə, bunu Milli Məclisdə hökumətin hesabatını təqdim edən baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib. Y. Eyyubovun sözlərinə görə, müdafiə təyinatlı məhsulların istehsalı üçün Müdafiə Sənayesi Nazirliyinə büdcədən 141 mln. manat vəsait ayrılıb və bu sahədə bir sıra mühüm işlər həyata keçirilib: «Hökumət ordunun döyüş qabiliyyətinin artırılması, xüsusi vasitələr, silah və texnikalarla təchiz olunmasına diqqəti daha da artırıb. Bu tədbirlər 2009-cu ildə də davam etdiriləcək».

Oxunub: 758 | Tarix: 14-03-2009, 10:39 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

Vasili İstratov Rusiyanın Azərbaycandakı səfiri qismində son mətbuat konfransını keçirib

Vasili İstratov Rusiyanın Azərbaycandakı səfiri qismində son mətbuat konfransını keçiribAzərbaycanda diplomatik missiyası sona çatan Rusiya səfiri Vasili İstratov vida xarakterli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, diplomat Bakıda fəaliyyət göstərdiyi müddətdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdığını deyib. Bu prosesdə səfirlərin rolunun minimal olduğunu vurğulayan V. İstratov dövlətlərarası münasibətlərin daha çox ölkə başçılarının münasibətlərindən asılı olduğunu söyləyib: “Dövlətlərarası münasibətlər yaxşı qurulub, prezidentlər arasında şəxsi əlaqələr də kifayət qədər yüksək səviyyədədir”.

Oxunub: 667 | Tarix: 14-03-2009, 10:38 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

“Apreldə Türkiyə ilə Ermənistan arasında saziş imzalana bilər”

“Apreldə Türkiyə ilə Ermənistan arasında saziş imzalana bilər”“Türkiyə-Ermənistan danışıqları yekun mərhələyə daxil olub. Aprel ayında iki ölkə arasında anlaşma imzalana bilər”. APA-nın xəbərinə görə, bu məlumatı Türkiyədə nəşr olunan və hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığı ilə tanınan “Star” qəzeti yayıb. Qəzetə bilgi verən mənbə bildirib ki, imzalanacaq anlaşmada sərhədin açılması, qarşılıqlı ticarətin başlaması və 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması nəzərdə tutulur.

Oxunub: 638 | Tarix: 14-03-2009, 10:36 | Kateqoriya:

Xəbərlər » Dünyada

Ətraflı...

Nursultan Nazarbayev vahid dünya valyutasının yaradılmasını təklif edib

Nursultan Nazarbayev vahid dünya valyutasının yaradılmasını təklif edibQazaxıstan prezidenti Nursultan Nazarbayev vahid dünya valyutası vahidinin yaradılmasını təklif edib. APA-nın məlumatına görə, Nazarbayev bildirib ki, bu valyutanın yaradılmasında dünyanın bütün dövlətləri iştirak eləməlidir: “Hazırda bir çox ölkələr dünya valyutasının yaradılması ilə bağlı müxtəlif modellər təklif edirlər. Biz də qlobal problemlərin həlli baxımından öz mövqeyimizi ortaya qoymuşuq”.

Oxunub: 670 | Tarix: 11-03-2009, 11:56 | Kateqoriya:

Xəbərlər » Dünyada

Ətraflı...

Moskva-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Moskva-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcəkRusiya paytaxtında Moskva-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyindən məlumat verilib. Toplantıya qatılacaq Azərbaycan nümayəndə heyətinə komissiyanın həmsədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, Moskva nümayəndə heyətinə isə paytaxt hökuməti rəhbərinin birinci müavini Lyubov Şevtsova rəhbərlik edəcək. Toplantıda iqtisadi, ticarət və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq. İclasda həmçinin Azərbaycanın Moskvadakı diplomatik mülkiyyətinin taleyi məsələsinə də aydınlıq gətiriləcək.

Oxunub: 691 | Tarix: 11-03-2009, 11:56 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

Heydər Əliyev Fondu “Amnistiya Aktı haqqında” qanun layihəsinin parlamentə təqdim olunması haqqında məlumat yayıb

Heydər Əliyev Fondu “Amnistiya Aktı haqqında” qanun layihəsinin parlamentə təqdim olunması haqqında məlumat yayıb“Heydər Əliyev Fonduna məhkum edilən şəxslərdən və onların ailə üzvlərindən çoxsaylı müraciətlər daxil olub, bununla bağlı araşdırmalar aparılıb və həmin insanlara münasibətdə mərhəmət göstərilməsi zərurəti yaranıb”. Bu sözlər Heydər Əliyev Fondunun qurumun rəhbəri, millət vəkili Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi “Amnistiya Aktı haqqında” qanun layihəsi ilə bağlı bu gün yaydığı məlumatdandır.

Oxunub: 907 | Tarix: 11-03-2009, 11:55 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

“ABŞ Əfqanıstana yüklərin daşınması üçün Azərbaycan ərazisindən istifadə edə bilər”

“ABŞ Əfqanıstana yüklərin daşınması üçün Azərbaycan ərazisindən istifadə edə bilər”Bakıda Əfqanıstanda hərbi əməliyyatlara dəstək məqsədilə nəqliyyat dəhlizlərinin koordinasiyasına həsr olunmuş konfrans başa çatıb. APA-nın məlumatına görə, konfransda ABŞ, Türkiyə, Gürcüstan və Azərbaycanın nümayəndələri iştirak ediblər. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson APA-ya açıqlamasında bildirib ki, konfransda Əfqanıstana yüklərin daşınması prosesinin asanlaşdırılması məsələsi müzakirə olunub: “Əfqanıstan ABŞ və NATO üçün prioritet bölgə sayılır.

Oxunub: 712 | Tarix: 11-03-2009, 11:53 | Kateqoriya:

Xəbərlər » Ölkədə

Ətraflı...

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30