"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

MM-də “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib

MM-də “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli qanunun icrası barədə danışaraq bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq bir necə məsələni ortaya qoyub.

 

O qeyd edib ki, qanunda sosial işçi ilə sosial xidmətçilərin işinin ayrı olduğu qeyd olunub: “Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb, buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır: “Bu gün uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İndiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib. Nazirliyin nəzdində ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı 12 mindən çoxdur”.

 

Dinləmələr ekspertlərin çıxışları ilə davam edib.

 

Tədbirdə “Sosial işçinin bir günü” adlı film də nümayiş olunub.

 

Apa.az

Oxunub: 11 | Tarix: 18-05-2017, 12:36 | Kateqoriya:

Xəbərlər » Ölkədə

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31