"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Azərbaycanda parklar fərqli normalarla qurulacaq

Azərbaycanda parklar fərqli normalarla qurulacaq

Azərbaycanda bəzi mədəniyyət və istirahət parklarının tabeçiliyi dəyişdirilib. Bununla yanaşı, müfəssəl plana görə, salınacaq parklar həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun yaşıllıqla təmin ediləcək.

 

Trend-in məlumatına görə, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə görə, mədəniyyət və istirahət parkları “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısıdan çıxarılıb.

 

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılmış mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

 

Bununla bağlı “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda etdiyi dəyişiklik edilib.

 

Hazırda müfəssəl plan hazırlanarkən bir sıra amillərlə yanaşı, parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar nəzərdə tutulur.

 

Yeni dəyişikliyə görə isə müfəssəl plan hazırlanarkən orada yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parkların salınması nəzərdə tutulmalıdır.

 

Trend.az

Oxunub: 33 | Tarix: 14-04-2017, 10:48 | Kateqoriya:

Xəbərlər » Ölkədə

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30