"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edilib

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə edilib

Milli Məclisin Reqional məsələlər komitəsinin bu gün keçirilən “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa dəyişiklik müzakirə edilib.

 

Trend-in məlumatına görə, komitə sədri Arif Rəhimzadə müzakirə edilən məsələlər barədə məlumat verib.

 

A.Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsi barədə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, qaldırılan məsələlərin bir çoxu hazırki qanunvericilikdə öz əksini tapıb.

 

A.Rəhimzadə əlavə edib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq xarakteri daşıyır. Belə ki, yerli ödənişlərin tərkibinə açıq məkanda (bələdiyyə mülkinə aid olan torpaqlarda, binalarda və digər obyektlərdə) reklam yayımına görə ödənilən haqq daxil edilir.

 

Trend.az

Oxunub: 7 | Tarix: 21-04-2017, 14:55 | Kateqoriya:

Xəbərlər

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30