"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı konfrans keçirilib

Romada Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı konfrans keçirilib

İtaliyaya səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Romada yerləşən ən qədim və nüfuzlu beyin mərkəzlərindən olan İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) olub.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Fratti ilə birlikdə Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş fotosərginin açılışında iştirak edib. Sərgiyə iki ölkə arasında diplomatik münasibətlərin tarixinin ən maraq kəsb edən məqamlarına, o cümlədən həyata keçirilmiş yüksək səviyyəli səfərlərə, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində İtaliyada təşkil olunmuş tədbirlərə dair fotoşəkillər, habelə münasibətlərin tarixini əks etdirən sənədlərin surətləri daxil edilib.

 

Sonra SİOİ-də Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.

 

Konfransda çıxış edən Franko Fratti ölkəmizə çoxsaylı səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolu barədə təqdimat xarakterli məlumat verib.

 

Sonra çıxış edən İtaliya xarici işlər nazirinin müavini Benedetto Della Vedova İtaliya-Azərbaycan əməkdaşlığının möhkəm zəmin üzərində qurulduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini diqqətə çatdırıb.

 

Xarici işlər naziri Elmar Məmmədyarov çıxışında Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışıb və Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Bu xüsusda Elmar Məmmədyarov ölkəmizin müstəqillik tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, münaqişənin həlli üzrə nizamlanma prosesi, enerji və nəqliyyat strategiyası, o cümlədən TANAP və TAP layihələri, beynəlxalq sülh və təhlükəsizliyə töhfələrimiz, multikulturalizm və dinlərarası dialoqun təşviqi, Azərbaycanın İtaliya və Avropa İttifaqı ilə əlaqələri barədə ətraflı danışıb.

 

Çıxışın ardınca Elmar Məmmədyarov auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

 

Tədbirdə İtaliya parlamentinin üzvləri, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində alimlər, tədqiqatçılar, İtaliyada akkreditə olunan diplomatik korpusun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

 

AZƏRTAC

Oxunub: 36 | Tarix: 21-04-2017, 10:39 | Kateqoriya:

Xəbərlər