"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Prezident İlham Əliyev: Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin yekunlaşması danışıqlar prosesinin gedişindən asılı olacaq

Prezident İlham Əliyev: Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin yekunlaşması danışıqlar prosesinin gedişindən asılı olacaq

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Belçikaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd etdi. Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlətimizin başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğuladı, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirdi. Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğuladı. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd etdi.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Trend.az

Oxunub: 30 | Tarix: 19-04-2017, 12:25 | Kateqoriya:

Xəbərlər

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30