"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Milli Məclisdə ailədaxili münaqişələrin aradan qaldırılması yolları mövzusunda “dəyirmi masa” keçirilir

Milli Məclisdə ailədaxili münaqişələrin aradan qaldırılması yolları mövzusunda “dəyirmi masa” keçirilir

Fevralın 16-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən olan “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı “dəyirmi masa” keçirilir.

 

AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, əsas məqsəd ailədaxili münaqişələrin yaranma səbəblərinin və həlli yollarının araşdırılmasıdır. Tədbirdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət nümayəndələri arasında təbliği, bu prosesdə maarifləndirmə işinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.

 

Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışır. Ailə münasibətlərinin tənzimlənməsi üçün müxtəlif qanunvericilik aktlarından istifadə olunur. Ancaq ailə münasibətlərinin bütün çalarlarını qanunlarla tənzim etmək mümkün deyil. Bu baxımdan, müxtəlif qayğıların fonunda dözümlü ailə nümunələrini təbliğ etmək, həmçinin ictimaiyyətin diqqətini milli-mənəvi dəyərlər əsasında qurulmuş adət və ənənələrimizə cəlb etmək layihənin əsas məqsədlərindən biridir.

 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə mövcud olan ailə modeli ən böyük sərvətlərimizdəndir. Güclü dövlət güclü ailə deməkdir. Azərbaycanda mütəşəkkil ailə siyasəti həyata keçirilir. Bununla bağlı çox ciddi işlər görülüb. Kifayət qədər qanunvericilik bazamız mövcuddur. Erkən nikahlar, boşanmalar, ailədaxili zorakılıq, təhsildən yayınma halları – bütün bunlar həmişə gündəlikdə olan problemlərdir. Hicran Hüseynova bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının labüdlüyünü bildirib. Bu işlərə dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə yanaşı, əhali də cəlb edilməlidir. Bu zaman müsbət nəticələr əldə etmək olar.

 

“Dəyirmi masa”da Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri, psixologiya elmləri üzrə alimlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

AZƏRTAC

Oxunub: 6 | Tarix: 16-02-2017, 14:51 | Kateqoriya:

Xəbərlər