"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

2007-ci ildə Azərbaycan Respublikasında insan hüquqlarının vəziyyətinə dair illik hesabat

Bildiyiniz kimi, müasir aləmdə insanların hüquq və azadlıqları dövlət rəhbərlikləri, beynəlxalq strukturlar, hüquq-müdafiə təşkilatları, kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin fəalları tərəfindən müdafiə edilməli olan ən yüksək dəyərlərdən biri hesab olunur. Məsələn, Azərbaycan Respublikasının da quruculuq yolunda olduğu hüquqi dövlət konsepsiyası insanın hər cür qanunsuz təzyiqlərdən müdafiəsini, ədalətli və müstəqil məhkəmənin mövcudluğunu nəzərdə tutur...

Oxunub: 1431 | Tarix: 20-05-2009, 15:54 | Kateqoriya:

Kitabxana

Ətraflı...

17 dekabr 2004-cü il AR yerli özünüidarə orqanlarına seçkilərin müşahidəsinə dair nəticələrinin yekun hesabatı

Monitorinqin təşkili və həyata keçirilməsi haqqında qərar 2004-cü ilin oktyabrında «Şəffaf seçkilər » Monitorinq Mərkəzi və «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası »nın rəhbərlərinin görüşündə qəbul edilmişdir. Məsələ ilə bağlı prinsipal qərar qəbul edildikdən sonra monitorinqə iki təşkilatın nümayəndələrindən ibarət inzibati qrupun rəhbərlik edəcəyi haqda razılaşma əldə edilmişdir. Bundan sonra inzibati qrup monitorinqin təşkili və keçirilməsini təmin etmək üçün üç işçi qrupun yaradılması haqqında qərar qəbul etmiş, təcrübəli mütəxəssislərdən ibarət sosioloq, jurnalist və hüquqşünas qrupları yaradılmışdır. Qruplara ayrı-ayrı vəzifələr tapşırılsa da, onlar fəal əməkdaşlıq şəraitində işləyirdilər.

Oxunub: 1232 | Tarix: 9-03-2009, 12:28 | Kateqoriya:

Kitabxana

Ətraflı...

Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.
Bu Qanunun məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. abonent - televiziya və radio (bundan sonra - teleradio) yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs; 1.0.2. audiovizual informasiya - səslə müşayiət olunan görüntülü (təsvirli) informasiya.

Oxunub: 1390 | Tarix: 9-03-2009, 12:12 | Kateqoriya:

Kitabxana

Ətraflı...

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanunun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.

Oxunub: 1925 | Tarix: 9-03-2009, 12:05 | Kateqoriya:

Kitabxana

Ətraflı...

Vətəndaşlarin sosial təminat hüquqları və sosial sığorta münasibətləri

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə müvafiq olaraq hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın bu maddəsindən çıxış edərək ölkədə sosial təminat hüquqlarının həyata keçirilməsi üçün müəyyən qanunvericilik bazası yaradılmışdır. Sosial-sığorta-bu qanunla nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Oxunub: 2830 | Tarix: 9-03-2009, 11:57 | Kateqoriya:

Kitabxana

Ətraflı...

SİZİN HÜQUQLARINIZ BU HÜQUQLARI NECƏ MÜDAFİƏ ETMƏK OLAR

Mümkündür ki, sizin həyatınızda elə bir şərait yaransın ki, məhkəməyə müraciət etməli olasınız. Müracət üçün müxtəlif səbəblər ola bilər. Məsələn, sizin hansısa hüquqlarınız pozula bilər, yaxud siz güman edə bilərsinz ki, sizin qanuni maraqlarınız əleyhinə hərəkət yaxud hərəkətsizlik olub.

Oxunub: 1612 | Tarix: 28-02-2009, 10:04 | Kateqoriya:

Kitabxana

Ətraflı...

HAKİMİYYƏT VƏ FƏRD (Məqalələr Toplusu)

İnsan hüquqları – fəlsəfə və hər şeydən əvvəl etika, hüquq və siyasi elmlərlə sıx bağlı olan bilik sahəsidir. Bu sahə müasir şəkildə ikinci dünya müharibəsindən sonra yaranmış olsa da, onun mənbəyini qədim dövrlərdə, orta əsrlərdə və əlbəttə ki, İntibah dövründə axtarmalıyıq. Kommunizm dövründə insan hüquqları tədqiqat predmeti olmadığından heç bir yerdə tədris edilməmişdir.

Oxunub: 1665 | Tarix: 28-02-2009, 09:49 | Kateqoriya:

Kitabxana

Ətraflı...