"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Parlamentlərarası İttifaqın rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn tərəfindəyik"

Parlamentlərarası İttifaqın rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn tərəfindəyik"

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonqla görüşüb.

 

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov 2010-cu və 2015-ci illərdə təşkilatın xətti ilə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında iştirakını məmnunluqla xatırladıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi dünya ölkələrinin müvafiq qurumlarına müraciət edərək ölkəmizin icazəsi olmadan Ermənistan tərəfindən işğal olunmuş ərazilərə səyahət etməyin yolverilməz olduğunu bildirib: “Bu ərazilərə səyahət edən xarici ölkə vətəndaşlarından, o cümlədən bir sıra ölkələrin deputatlarından ibarət siyahı hazırlanıb və onların Azərbaycana girişi qadağan olunub. Sonradan onlara təklif edilib ki, ölkəmizin ərazi bütövlüyünü tanıdıqları ilə bağlı məktubla müraciət etsələr, adları bu siyahıdan çıxarıla bilər. Bu məqsədlə bir neçə siyasətçi və deputat ərizə ilə müraciət edib və bu müraciətlərə müsbət cavablar verilib. Biz bu məsələ ilə əlaqədar Parlamentlərarası İttifaqın 130-cu sessiyasının ölkəmizdə keçirilməməsinə təəssüflənirik. Sonralar aparılan danışıqlar nəticəsində əməkdaşlığın bərpası istiqamətində səmərəli addımlar atılıb. Oxşar hal Avropa Şurası Parlament Assambleyası ilə də yaşanıb. Artıq bu məsələ də öz müsbət həllini tapıb, təşkilat öz tədbirlərini mütəmadi olaraq Bakıda keçirməyə başlayıb".

 

Martin Çunqonq növbəti dəfə bu vəzifəyə seçildikdən sonra ilk səfərlərindən birinin məhz Azərbaycana etdiyini vurğulayıb. O, vaxtilə tərəflər arasında mövcud olmuş anlaşılmazlıqları bir kənara qoyaraq, gələcəyə inamla baxmaq üçün gərəkli addımların atılmasının vacibliyini qeyd edib. Bu baxımdan qonaq Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirib. Bildirib ki, onun təmsil etdiyi təşkilat Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Dağlıq Qarabağ münaqişəsindən söz açan M. Çunqonq deyib ki, onlar münaqişənin həllində beynəlxalq hüququn tərəfindədir: “Bu məsələ ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BMT qətnamələrindən xəbərdarıq. Problemin dialoq yolu ilə həllinə üstünlük veririk. İnanırıq ki, Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlığı ölkəniz üçün də əhəmiyyətli olacaq. Azərbaycan istədiyi təqdirdə lazım bildiyi məsələni, o cümlədən Dağlıq Qarabağ problemini qurumda müzakirəyə çıxara bilər. Biz qarşılıqlı faydalı əməkdaşlığımızın gələcəyinə inanırıq”.

 

Apa.az

Oxunub: 95 | Tarix: 17-06-2017, 11:13 | Kateqoriya:

Qarabağ