"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

NATO rəsmisi Qarabağda vəziyyəti "soyuq müharibə" dövrünün SSRİ-ABŞ münasibətləri ilə müqayisə edib

NATO rəsmisi Qarabağda vəziyyəti "soyuq müharibə" dövrünün SSRİ-ABŞ münasibətləri ilə müqayisə edib

"Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil".

 

APA-nın Ermənistanın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

 

O bildirib ki, nəticədə hər zaman hər məsələ siyasi qərarlarla həll edilir: "Soyuq müharibə" dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi.

 

Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz. Bununla yanaşı, aşağı səviyyədə silahlı toqquşmalar baş verirsə, hətta tərəflər kifayət qədər narahatedici bəyanatlar səsləndirirsə, bu halda silahlanma problemin bir hissəsinə çevrilir”.

 

Apa.az

Oxunub: 59 | Tarix: 14-06-2017, 15:21 | Kateqoriya:

Qarabağ