"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

 

Sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biridir. Həmçinin Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salındığı bildirilir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərin tələblərinin hələ də yerinə yetirilmədiyi vurğulanır.

 

Seymin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin amansızcasına qətlə yetirilməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər.

 

Müraciətdə Litva Respublikasının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd edilir. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrin yerinə yetirilməsi tələbi ilə çıxış ediblər.

 

AZƏRTAC

Oxunub: 36 | Tarix: 27-04-2017, 12:05 | Kateqoriya:

Qarabağ

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31