"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Cəbrayılın icra başçısı: Səfirlər Cocuq Mərcanlıda erməni vəhşiliklərinə çox təəccübləndilər

Cəbrayılın icra başçısı: Səfirlər Cocuq Mərcanlıda erməni vəhşiliklərinə çox təəccübləndilər

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində erməni vəhşiliklərinə çox təəccübləndilər.

 

Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

 

K.Həsənov bildirib ki, xarici ölkələrin rəsmi nümayəndələri Cocuq Mərcanlının bugünkü vəziyyətini öz gözləri ilə gördülər:

 

“Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri erməni işğalı dövründə baş vermiş dağıntıları, söküntüləri, kəndin necə xarabalığa çevrilməsini öz gözləri ilə gördülər. Onlara izah olundu ki, bu kənd 5-6 ay erməni işğalında olmaqla belə xarabalığa çevrilib. Səfirlər öz çıxışlarında da qeyd etdilər ki, belə bir vəziyyətlə qarşılaşacaqlarını, kəndin belə xarabalığa çevrilməsini və bu cür vəhşiliyi görəcəklərini gözləmirdilər”.

 

İcra başçısı əlavə edib ki, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri aparılan bərpa işləri, ərazilərin minalardan təmizlənməsi prosesi ilə də yaxından tanış olublar, orada yaşayan bir ailəyə baş çəkdilər: “Hesab edirəm ki, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri bu səfərdən çox təsirləndilər”.

 

Qeyd edək ki, ötən gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar. Nümayəndə heyəti Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

 

Trend.az

Oxunub: 430 | Tarix: 16-02-2017, 11:04 | Kateqoriya:

Qarabağ