"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Qəyyumluq və himayə İnstitutu: qanunvericilik və praktika

Hal-hazırkı dövrdə ictimai-siyasi həyatın inkişaf etdiyi bir zamanda və qapalı sovet idarə üsulundan çıxan cəmiyyətimizin qloballaşan dünyaya ayaq uydura bilməməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Əvvəllər möhkəm dayaqlar üzərində qurulan ailə milli-mənəvi dəyərlərə əsaslanan qaydalarla qurulur və idarə olunurdu. Hazırkı şəraitdə isə bir çox hallarda ailələr uzun müddət birlikdə yaşaya bilmirlər. Buna səbəb adətən gənc yaşda ailə quran insanların müəyyən dövrdən sonra biri-birlərini anlaya bilməmələri, sosial həyatın çətinliyindən doğan problemlər və s. olur. Dünyaya gələn uşağın tərbiyə olunmasında, onun saxlanılmasında da valideynlər arasında mübahisələr meydana gəlir.

Oxunub: 11162 | Tarix: 3-09-2008, 10:30 | Kateqoriya:

Analitika

Ətraflı...

Şərəf və ləyaqətin mülki hüquqi təmini

Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəlləşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Bu məcəlləşdirilmiş hüquq sahələrindən biri də mülki hüquq normalarıdır. Azərbaycan Respublikasında son dövrlər aparılan hüquq islahatları bu sahədə müəyyən irəliləyişlərin olmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının III fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuşdur. Burada nəzərdə tutulan azadlıqlar çərçivəsində hər bir vətəndaşın azad fikir və azad düşüncə azadlığı tanınır.

Oxunub: 4350 | Tarix: 3-09-2008, 10:27 | Kateqoriya:

Analitika

Ətraflı...

Axtarış və götürmə istintaq hərəkətlərinin cinayət prosesində yeri və rolu

Cinayət prosesinin həyata keçirilməsində istintaq hərəkətlərinin özünə məxsus yeri və rolu vardır. Baş vermiş cinayət hadisəsinin qısa zamanda açılması və cinayətkarların aşkarlanması üçün bu istintaq hərəkətlərinin həyata keçirilməsi və Ən əsası Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl etməklə həyata keçirilməsi vacib şərtdir. Bu istintaq hərəkətləri cinayət təqibi zamanı uyğun olaraq seçilir və kriminalistika elminin mühüm sahələrindən birini təşkil edir. İstintaq taktikasının mahiyyətini, əhəmiyyətini və cinayət prosesində tutduğu yeri görmək üçün onun nəzəri və praktik əhəmiyyətini araşdırmağa ehtiyac vardır.

Oxunub: 2600 | Tarix: 3-09-2008, 10:23 | Kateqoriya:

Analitika

Ətraflı...

Cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində görülən tədbirlər

Cinayət və cinayətkarlıqla mübarizə sahəsində bir sıra problemlərin olması və onların aradan qaldırılması istiqamətində görülən işlər demək olar biri-birinə adekvat deyil. Belə ki, cəmiyyətin sürətlə aşındığı, insanların mənəvi keyfiyyətlərinin aşağı düşdüyü bir zamanda cinayətkarlıq daha sürətlə artır. Bu baxımdan yetkinlik yaşına çatmayanların cinayət törətmə faktlarının artması cəmiyyəti daha çox narahat etməlidir. Çünki yetkinlik yaşına çatmayanların cinayətkar əməlləri artan templə inkişaf edir. Belə şəxslərin cinayətkar aləmə düşmələri və ya çəkilmələri daha asan olur.

Oxunub: 2219 | Tarix: 3-09-2008, 10:20 | Kateqoriya:

Analitika

Ətraflı...

Konstitusiya nəzarəti, onun anlayışı və yaranması - Azər Məlikov

Konstitusiya nəzarəti konstitusiya müddəalarının aliliyini təmin edən vasitə olaraq demokratik dövlətin amili kimi qiymətləndirilir. Geniş mənada konstitusiya nəzarətinin əsas təyinatı dövlət orqanlarının və vəzifəli şəxslərin konstitusiya tələblərinə zidd hüquqi aktların və hərəkətlərin aşkar edilməsi, habelə bunlara qarşı tədbirlərin görülməsi deməkdir. Konstitusiya nəzarəti ilk dəfə “konstitusiya” adlandırılan qanunların yarandığı yerdə və vaxtda yayılmışdı. Digər qanunlar kimi konstitusiyalar da konkret dövlətlərdə hər kəs tərəfindən real icra olunmaları üçün təminat verilməsinə ehtiyac duyurdu. İlk dövrlərdə belə nəzərdə tutulurdu ki, bu funksiyanı qanunverici orqanlar müvəffəqiyyətlə yerinə yetirə bilərlər. Çünki onlar özləri konstitusiyaları qəbul edir və qanunvericilik işində həlledici rol oynayırlar. Belə bir fikirlər də söylənilirdi ki, bu sahədə icra hakimiyyəti orqanlarının da səyləri ola bilər.

Oxunub: 1739 | Tarix: 19-08-2008, 11:51 | Kateqoriya:

Analitika

Ətraflı...

“Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə tarixi baxış” - Arzu Ismayilova

Cəmiyyət dinamik inkişafda olan orqanizm oduğu üçün sosial həyatın müəyyən bir sahəsində baş verən dəyişikliklər digər sahələrdə də zəruri dəyişikliklərin baş verməsinin səbəbi olur. Son illər bizim respublikamızda və eləcə də bütün post- sovet ölkələrində baş verən sosial-siyasi dəyişiklikləri yuxarıdakı fikirləri təsdiq edən əyani sübut kimi göstərmək olar.

Oxunub: 1890 | Tarix: 19-08-2008, 11:49 | Kateqoriya:

Analitika

Ətraflı...

QHT-lər və xarici siyasətimiz - Məmmədli Müşfiq

Ölkəmizin dünya topluluğu ilə əlaqələrində QHT sektorunun mühüm rolu var. Tez-tez müxtəlif beynəlxalq qurumların –«Freedom House», «Amnesty International» , «Human Riqhts Watch» və b. hesabatlarında Azərbaycanla bağlı məqamlara , bəzən isə xüsusi araşdırmalara rast gəlirik.

Oxunub: 1135 | Tarix: 19-06-2008, 17:24 | Kateqoriya:

Analitika

Ətraflı...

Cəmiyyət və qeyri-hökümət təşkilatlari Müşfiq Məmmədli

Azərbaycan cəmiyyəti ötən əsrin 90-cı illərindən etibarən Qərb dünyasının siyasi–ideoloji təsirinə məruz qalmaqdadır. Daim insan haqları prinsiplərindən çıxış edərək Azərbaycanın rəsmi qurumlarını siyasi tənqid presi altında saxlayan ABŞ və Qərb, digər tərəfdən qeyri-hökumət təşkilatları (QHT) şəbəkəsinin yaradılması istiqamətində konkret ideoloji-maliyyə-siyasi dəstək addımları ataraq Azərbaycanda əlavə təzyiq və manevr imkanları qazanmışlar.

Oxunub: 3542 | Tarix: 19-06-2008, 17:21 | Kateqoriya:

Analitika

Ətraflı...

"Ön cəbhə" Fondun həmtəsisçisi Altay Zahidov

Təəssüf ki, nüfuzlu əcnəbi KİV-də Azərbaycanın maraqlarına xidmət edən yazılara az rast gəlinir. Bu KİV-lərdə azərbaycanlı müəlliflərin yazilarının dərc olunması isə nadir hadisədir. Odur ki, Azərbaycan Jurnalistlər İttifaqının katibi, Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvü , əməkdar jurnalist Altay Zahidovun dünyanın ən nüfuzlu qəzetlərindən biri olan “Washinqton Times”-da məqaləsinin nəşr ması mühüm hadisədir. Diqqətinizə həmin məqaləni təqdim edirik.

Oxunub: 1040 | Tarix: 19-06-2008, 17:19 | Kateqoriya:

Analitika

Ətraflı...

“İnsan hüquqları XXİ əsr – Azərbaycan” Fondunu təsis etməkdə məqsədim Altay Zahidov

Jurnalistlik fəaliyyətinə başladığım ilk günlərdən indiyədək bir ziyalı, bir insan kimi adamlara yardımçı olmaq, onların xeyir və şərində yaxından iştirak etmək, həyatda çətinliklərlə üzləşənlərə kömək əli uzatmaq, xeyirxahlıq göstərmək amalım olub. Əməllərimin xoş nəticəsini görəndə özümdə bir rahatlıq, gürur hissi duymuşam. Yaşa dolmağıma baxmayaraq bu gün də həmin hisslərlə yaşayıram, xoş əməllərimi davam etdirirəm, insanlara əl tutmaqdan həzz alıram, vətəndaşlıq borcumu yerinə yetirərkən özümdə bir rahatlıq tapıram, hüquqları pozulan, öz haqqını tələb etməyi bacarmayan adamlara yardımçı olmağa çalışıram.

Oxunub: 1328 | Tarix: 19-06-2008, 17:15 | Kateqoriya:

Analitika

Ətraflı...

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30