"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

O dövlətdə ki, qadınların hüquqları tapdalanır, o dövlətin yarısı qanunsuzdur. (Arestotel) - Lamiə Məmmədova

Doğrudur, Azərbaycan qanunvericiliyində qadın hüquqları öz əksini tapmışdır. Amma qanuvericilikdə qadın hüquqlarının nəzərdə tutulması hələ həmin dövlətdə qadın hüquqlarının hansı səviyyədə olmasını özündə əks etdirmir. Mən etiraf edirəm ki, bizim qanunlarımız qadınlar üçün cox gözəl imkanlar nəzərdə tutur. Amma gəlin bir şeyi nəzərimizdən qacırmayaq tətbiq mexanizmi mümkün olmayan qanunlar kimə lazımdır. Bu yerdə filosoflardan birinin bu haqda bir deyimi yadıma düşür “işləməyən mükəmməl qanundan işləyən pis qanun daha yaxşıdır”. Azərabaycanda kağız üzərində qadınlara verilən “sözdə vədlər”in heç bir praktiki əhəmiyyəti və işləmə mexanizmi yoxdur.

Oxunub: 1378 | Tarix: 23-02-2009, 12:03 | Kateqoriya:

Analitika

Ətraflı...

Motiv cinayətin subyektiv cəhəti kimi - İlham Ağayev

Cinayət tərkibinin yaranması üçün subyektiv və obyektiv əlamətlər olması zəruridir. Lakin bəzən bu əlamətlərə hansı elementlərin aid olması mübahisə obyektinə çevrilir. Bu mübahisə obyektlərindən biri də motivin cinayətin subyektiv cəhətinə aid olub-olmaması məsələsidir. Cinayət elə vahid iradi aktdır ki, onun törədilməsinə təkcə xarici deyil, həm də daxili amillər təsir göstərir. Biz nəyi ictimai təhlükəli əməlin daxili hissəsi adlandırırıqsa o, cinayətin subyektiv cəhətidir. Y.A.Brayminə görə, hərəkətin subyektiv cəhəti – bu cinayətin edilməsini müşayiət edən, intelektual, iradi, emosional proseslərin bir vahid kimi inkişaf etdiyi psixi fəaliyyətdir.

Oxunub: 2921 | Tarix: 23-02-2009, 12:01 | Kateqoriya:

Analitika

Ətraflı...

İnsan alveri və ya müasir dövr köləliyi

İnsanlarla ticarət həm dövlətdaxili, həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. SSRİ dağıldıqdan sonra yenicə müstəqillik qazanmış ölkələrdə beynəlxalq miqrasiya ilə bağlı qanuni mexanizm olmadığına görə, bu sahədə müəyyən problemlər ortaya çıxmağa başladı. Belə bir şəraitdə ölkə vətəndaşları qanunla tənzimlənmədiyi üçün xarici ölkələrə miqrasiya etməyə başladılar. Miqrasiyanın əsas səbəbləri təbii olaraq insanların maddi vəziyyəti ilə bağlı idi. Bunun üçün də miqrantlar müxtəlif üsullarla daha yaxşı həyat şəraiti tapmaq ümidi ilə xarici ölkələrə üz tutmağa başladılar.

Oxunub: 1078 | Tarix: 23-02-2009, 12:00 | Kateqoriya:

Analitika

Ətraflı...

BEYNƏLXALQ HÜQUQ, XARİCİ SİYASƏT VƏ DİPLOMATİYA - Aslanova Günel

Beynəlxalq hüquq və xarici siyasətin nisbəti məsələsinə keçmədən öncə beynəlxalq hüququn özünün nə demək olduğunu bilmək vacibdir. Beynəlxalq hüquq hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Müasir dövrdə beynəlxalq hüququn məzmununu genişləndirməsi məntiqi şəkildə onun subyektlərinin dairəsi genişləndirilməsi deməkdir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Buradan belə nəticə əldə etmək olur ki, beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir.

Oxunub: 4055 | Tarix: 23-02-2009, 11:59 | Kateqoriya:

Analitika

Ətraflı...

Azərbaycan təhsili: reallıqlar, perspektivlər - Günay Cəfərli

Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi, təhsili bütün dövrlərdə dövlətlərin, cəmiyyətin diqqət yetirdiyi başlıca məsələrdən biri olmuş və bu gün də belədir. Lakin bunlar zaman-zaman xalqın milli mentalitetindən, dövlət ideoloji-siyasi sistemindən, iqtisadi vəziyyətdən asılı olaraq dəyişmiş. Bir sözlə, hər xalq, hər ictimai quruluş öz tələblərinə uyğun şəxsiyyətlər formalaşdırmağa çalışmışdır. Bu tələblərin həyata keçirilməsində, dövlətin ideoloji-siyasi kursunun reallaşmasında, onun daşıcıyıları olan şəxsiyyətlərin formalaşmasında təhsil sistemi, təhsil müəssisələri qədər mühüm rol oynaya biləcək digər bir sosial institut təsəvvür etmək mümkün deyildir.

Oxunub: 1478 | Tarix: 23-02-2009, 11:57 | Kateqoriya:

Analitika

Ətraflı...

İNFORMASİYA MÜHARİBƏSİNİN AKTUALLIĞI VƏ ONUN SOSİAL-PSİXOLOJİ TƏHLİLİ - Elvin Talışınski

Bu gün dünyamızda cərəyan edən proseslər əsas verir ki, hər bir dövlətin ən başlıca vəzifələrindən biri, onun öz informasiya məkanına nəzarət etməsi uğrunda mübarizəsi olsun. Dövlətlər onların məqsədlərini yerinə yetirən informasiyanın əldə olunması, ondan səmərəli istifadə edilməsi və öz informasiya məkanını kənar hücumlardan müdafiə etmək üçün ciddi fəallıq göstərirlər. Bu informasiyadan istifadə və müdafiə dövlətin iqtisadi, siyasi, milli-mədəni, hərbi və digər sahələrində işlənə bilər. Buraya təkcə informasiya sahəsini deyil, eləcə də digər sahələrdə dəyərlərimizin müdafəisini əlavə etmək olar.

Oxunub: 2156 | Tarix: 23-02-2009, 11:53 | Kateqoriya:

Analitika

Ətraflı...

Beynəlxalq QHT-lərin Tarixi İnkişafı və Mahiyyəti - Elnur Rüstəmov

Ümumiyyətlə beynəlxalq təşkilatlar hələ qədim dövrlərdən fəaliyyət göstərir və cəmiyyətin inkişafı ilə təkmilləşirlər. İlk belə təşkilatlar eramızdan əvvəl VI əsrdə Yunanıstanda fəaliyyət göstərirdilər. Bunlar əsasən müxtəlif şəhərlərin birlikləri və cəmiyyətləri, şəhərlərin dini və yaxud siyasi birlikləri şəkildə təşkilatlanmışdılar. Bu birliklər yunan şəhərləri arasındakı əlaqələri möhkəmlədir və onların aktiv həyat tərzi sürmələrinə səbəb olurdular.

Oxunub: 1761 | Tarix: 23-02-2009, 11:50 | Kateqoriya:

Analitika

Ətraflı...

Demokratiyanın Kök Atması və ya “Grassroots” Demokratiyasının Əhəmiyyəti

Ümumiyyətlə demokratik cəmiyyətin xüsusiyyəti ondan ibarətdir ki, hər bir vətəndaşın dövlət əhəmiyyətli işlərdə, cəmiyyəti maraqlandıran sosial və digər məsələlərin həllində iştirak etmək hüququ vardır. Bu isə vətəndaşların birləşməsini təmin edən sivil cəmiyyət qurumlarının yaradılması ilə mümkündür. Hər bir ölkədə olduğu kimi Azərbaycan da demokratik cəmiyyətin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun böyük olması danılmaz faktdır.

Oxunub: 817 | Tarix: 3-09-2008, 10:35 | Kateqoriya:

Analitika

Ətraflı...

Qeyri-Hökumət Təşkilatlarının yaranması və formalaşması tarixindən

Ümumiyyətlə, vətəndaş cəmiyyətinin əsas sturukturlarından olan QHT-lərin yaranmasına və formalaşmasına tarixi-politoloji ədəbiyyatlarda bir-birindən fərqlənən münasibətlər mövcuddur. Bir qrup mütəxəsislər qədim dövrdə dövlətdən kənarda yaranan hər bir ictimai təşkilatı QHT hesab edir. Lakin digər qrup mütəxəsislər QHT-lərin yaranma tarixini XIX əsrin ortalarına aid edirlər. Onların fikrincə həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir sıra xarakterik xüsusiyyətlərinə görə müasir QHT-lərdən fərqlənirdilər.

Oxunub: 2797 | Tarix: 3-09-2008, 10:34 | Kateqoriya:

Analitika

Ətraflı...

Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının Yaranması və Fəaliyyəti

Müasir dövrümüzdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT-lər) aid xüsusiyyətləri özündə əks etdirən QHT-lərin Azərbaycanda yaranması və fəaliyyəti hələ XIX əsrin sonları-XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə QHT-lər dövlətdən asılı olmadan sosial və ictimai sahədə fəaliyyət göstərərək cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Tarixdən bəlli olduğu kimi, bu dövrdə Şimali Azərbaycan çar Rusiyasının əsarəti altında idi. Lakin müstəmləkə zülmünün mövcudluğuna baxmayaraq həmin illərdə Şimali Azərbaycanda milli QHT sistemi yaranıb formalaşa bilmişdir. Tarixi tədqiqatların nəticəsi göstərir ki, sözügedən dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı xüsusilə üstünlük təşkil edirdi.

Oxunub: 1962 | Tarix: 3-09-2008, 10:32 | Kateqoriya:

Analitika

Ətraflı...