"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Konstitusiya Məhkəməsinin hüquqi statusu - Tağıyev Zaur

Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyəti sisteminə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Məhkəmənin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin hüquqi statusunun əsasları və səlahiyyətləri AR Konstitusiya ilə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərin statusu, Konstitusiya Məhkəməsində icraatın prinsipləri, icraatın əsasları isə 2003-cü il 23 dekabr tarixli “Konstitusiya Məhkəməsi haqqında ”AR qanunu ilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsilə və digər qanunlarla tənzimlənir.

Oxunub: 1888 | Tarix: 25-02-2009, 10:30 | Kateqoriya:

Analitika

Ətraflı...

UŞAQLAR GƏLƏCƏYIMIZDIR - Fərqanə Məmmədxanova

Müasir dövrdə insan haqları anlayışı demokratik cəmiyyət quruculuğunun başlıca meyarlarından hesab olunur. İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri məhz uşaq hüquqlarının müdafiəsidir. Bu istiqamətdə beynəlxalq sistemin əldə etdiyi ən önəmli nailiyyət yalnız uşaqların əqli və fiziki cəhətdən yetişmədiyi səbəbindən doğulana qədər və doğulandan sonra hüquqi müdafiəsi də daxil olmaqla xüsusi qayğıya və müdafiəyə ehtiyacı olduğu faktının beynəlxalq birlik tərəfindən təsdiqi yox , həm də uşaqların hüququn müstəqil subyekti kimi tanınmaları oldu.

Oxunub: 1707 | Tarix: 25-02-2009, 10:28 | Kateqoriya:

Analitika

Ətraflı...

UŞAQ ƏMƏYİNİN İSTİSMARI (yerli və beynəlxalq təcrübədə) - Səyyarə Alışova

Azərbaycan Respublikasında hər bir vətənsdaşın əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əasasən əmək ictimai və fərdi rifahın əsasıdır. Əmək qabiliyyətli hər bir vətəndaş öz əmək qabiliyyətini istənilən qanunla yol verilən formada reallaşdıra bilər. Hər bir vətəndaşın sərbəst şəkildə özünə peşə yeri, iş yeri seçməklə yanaşı, həm də əmək müqaviləsi azadlığı da var. Konsitusiyamızda göstərildiyi kimi “Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”. Habelə hər kəsin təhlükəsiz və sağlam şəraitdə, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi şərti maliyyə vahidi miqdarından az olmayan məbləğdə haqq almaq hüququ vardır.

Oxunub: 3667 | Tarix: 25-02-2009, 10:21 | Kateqoriya:

Analitika

Ətraflı...

PR - İCTIMAIYYƏTLƏ ƏLAQƏLƏR - SƏDAQƏT NƏCƏFZADƏ

Elm adamları ictimaiyyətlə əlaqələr işinin insanların cəmiyyət formasında yaşamağa başladıqları zamandan mövcud olduğunu iddia edirlər. Qədim Yunanıstan və Romada bir vaxtlar mövcud olmuş “forum” ictimaiyyətlə əlaqələr vasitəsi idi. Qədim Romada söylənilən “Vox populi, vox Dei” (Xalqın səsi Tanrinin səsidir) sözü, ictimaiyyətlə əlaqələr işinə verilən əhəmiyyətin bariz göstəricilərindəndir. Qədim zamanlarda oxumaq və yazmaq olmadığı üçün, ictimaiyyətlə əlaqələr işinin ən effektiv forması üz-üzə əlaqələr, söhbət və konfranslar idi. Çiçero (M.Ə.106-43), Domosten (M.Ə.383-322) məhz açıq yığıncaqlarda şöhrət qazanmış, ictimaiyəətə təsir edə bilən şəxslər olublar.

Oxunub: 2975 | Tarix: 25-02-2009, 10:19 | Kateqoriya:

Analitika

Ətraflı...

Cinayət Hüququnda Tövsif - S.Zöhrab

Tövsif - ərəb mənşəli sözdür. Mənası “tövsiyə” sözündən götürülüb və “bir işi necə görmək, necə hərəkət etmək haqqında məsləhət, təklif, tapşırıq vermək” deməkdir. Bir çox elm sahələri tövsifdən istifadə edir. Bu elm sahələri içərisində hüquq elmi sahəsi, xüsusi olaraq cinayət hüquq elmi sahəsi fərqlənir. Cinayət hüququnda tövsif baş vermiş cinayətə görə məsuliyyətin həllində qanunun bu və ya digər normasını seçməyə dair fəaliyyət mənasında işlədilir. Cinayət hüququnda müxtəlif müəlliflər tərəfindən tövsiyə müxtəlif cür anlayışlar verilir.

Oxunub: 3274 | Tarix: 25-02-2009, 10:17 | Kateqoriya:

Analitika

Ətraflı...

BEYNƏLXALQ HÜQUQ PRİNSİPLƏRİ VƏ «MÜNAQİŞƏLƏRİ İDARƏETMƏ» - Nazim Səfərov

Kosovoya müstəqilliyin verilməsi, həmçinin onun Avropa Birliyi və NATO-ya gələcək inteqrasiyası ilə bağlı vüsət alan beynəlxalq debatlarda beynəlxalq hüquqa dair politoloq və mütəxəssislərlə yanaşı iri dövlətlərin başçıları da iştirak edir. Belə ki, Rusiya prezidenti Vladimir Putin Kosovonun nadir hal olmadığını və onun postsovet məkanının münaqişələrinə bənzədiyini bəyan edib. O deyib: «Heç kim məni inandıra bilməz ki, Kosovo münaqişəsi postsovet münaqişələrindən fərqlənir». Rusiya prezidenti hesab edir ki, Kosovonun Serbiyadan ayrılması Pridnestrovye, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi uğrunda mübarizəyə dəstək kimi səslənəcək.

Oxunub: 2395 | Tarix: 23-02-2009, 12:20 | Kateqoriya:

Analitika

Ətraflı...

Güc tətbiq etməmək prinsipi- beynəlxalq hüququn ümumtanınmış prinsipi kimi - MURQUZOVA ZİBA

Beynəlxalq münasibətlərdə ədalətin bərqərar edilməsi, dünya dövlətlərinin rifah içində yaşaması üçün müvafiq şəraitin yaradılması, beynəlxalq aləmdə hakimiyyətin, idarəçiliyin özbaşınalığa deyil, ədalətli qanunlara, dövlətlərin qarşılıqlı razılaşmasına əsaslanması, eləcə də güc tətbiqinin qadağan edilməsi problemi hələ qədim dövrlərdən ən mühüm məsələlərdən olmuşdur. Elə bugünkü müasir dünyamızda da bu ən əhəmiyyətli bir məsələ kimi öz aktuallığını qoruyub saxlayır. Tarix boyu bir dövlətin və xalqın təhlükəsizliyinin, ərazi toxunulmazlığının və siyasi müstəqilliyinin təmin edilməsi digər dövlət və xalqın mənafeyinin ziyanı hesabına ardı-arası kəsilməyən müharibələr, zorakılıq hərəkətləri və silahlı münaqişələr doğurmuşdur.

Oxunub: 1745 | Tarix: 23-02-2009, 12:16 | Kateqoriya:

Analitika

Ətraflı...

ABŞ-da prezident seçkiləri - Məqsəd Hüseynov

ABŞ iki partiyalı sistemin mövcud olduğu ölkələrdən biridir. Məlum olduğu kimi, ölkədə daxili çəkişmələrə şərait yaratmaq ehtimalı nəzərdə tutularaq 1787 - ci il ABŞ Konstitutsiyasında partiyalar haqqında heç bir müddəa nəzərdə tutulmamışdı. Lakin XIX əsrin ortaları Şimal və Cənub arasındakı ziddiyyətlər ABŞ - da ilkin partiyaların yaranmasına səbəb oldu. Bu partiyalar Federalistlər partiyası və demokrat - respulikaçılar partiyası idi. Məhz bu partiyaların əsasında 1828 - ci ildə demokratlar, 1854 - ci ildə Respublikaçılar partiyaları yaradıldı. Seçkilər zamanı namizədlər öz platformalarını irəli sürürdülər. Qalib gəlmiş partiya hakimiyyəti formalaşdırırdı.

Oxunub: 1452 | Tarix: 23-02-2009, 12:15 | Kateqoriya:

Analitika

Ətraflı...

Özünü, qələmini və azad sözü qoru, Yoxsa heç biri olmayacaq - Məmməd Nazimoğlu

…Wall Striit Journalının reportyoru Daniel Pörül 2002-ci ildə Pakistanda terrorçular tərəfindən qətlə yetiriləndən sonra onun dul arvadı bir çoxları kimi «Görəsən bu işdən ötrü ölməyə dəyərmi?» sualı qarşısında qalmadı. Əksinə, Radio Franse İnternationalda prodüsser işləyən bu qadın - Mariann Pörül üzünü bütün jurnalistlərə tutaraq dedi: «Sizi susmağa məcbur eləsələr səsinizi daha ucadan qaldırın» Bu qadını alqışlamağa və onun cəsarətli fikri qarşısında baş əyməyə dəyər. Təbii mən bunu bir peşəkar jurnalist olaraq deyirəm. Amma demək başqa, öz işi ilə jurnalist cəsarətini nümayiş etdirmək tamam başqa.

Oxunub: 1417 | Tarix: 23-02-2009, 12:13 | Kateqoriya:

Analitika

Ətraflı...

SÖZ VƏ MƏTBUAT AZADLIĞI İNSAN HAQLARI PRİNSİPLƏRİNİN MÜHÜM QOLUDUR

Söz və mətbuat azadlığı İnsan haqqlarının mühüm qoludur. Azad sözün və azad mətbuatın mövcud olmadığı məkanda hər hansı demokratik təsisatlardan danışmaq yersizdir. Artıq dünyanın siyasi və ictimai düzümü elə bir səviyyədədir ki, «Azad mətbuat nə üçün lazımdır» sualı öz aktuallığnı tamamilə itirmişdir. Çünki, indi mətbuat hər hansı bir demokratik ölkədə yalnız «dördüncü hakimiyyət» rolunu oynamır. Mətbuat həm cəmiyyətin inkinşaf göstəricisidir. «Fredom Nouze» jurnalının ötənilki hesabatında göstərilir ki, planetimizdəki 6 milyard insandan 1,2 milyardı azad mətbuatın olduğu ölkələrdə, 2,4 milyardı qismən azad mətbuatın olduğu ölkələrdə, 2,4 milyardı isə azad mətbuatı olmayan ölkələrdə yaşayır.

Oxunub: 1773 | Tarix: 23-02-2009, 12:08 | Kateqoriya:

Analitika

Ətraflı...