"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili

Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhliliAzərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili-Elxan Süleymanov

Oxunub: 254 | Tarix: 21-09-2015, 18:24 | Kateqoriya:

Analitika

Ətraflı...

Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk Təhlil

Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk TəhlilAzərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk Təhlil

Oxunub: 223 | Tarix: 21-09-2015, 17:51 | Kateqoriya:

Analitika

Ətraflı...

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnaməni təhlil etdi

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnaməni təhlil etdi

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.

Oxunub: 211 | Tarix: 12-09-2015, 12:29 | Kateqoriya:

Analitika

Ətraflı...

Türkiyədə son parlament seçkiləri və sonrası...-Nuray Həsənli

Türkiyədə keçirilən son parlament seçkiləri yeni bir dövrün başlanğıcıdır. Ümumiyyətlə hər bir seçkilər ölkənin həyatına təsirsiz ötüşmür. İyunun 7-də keçirilən parlament seçkiləri də əslində qardaş ölkənin gələcəyini təyin edəcək əhəmiyyətə malikdir.Belə ki,bu seçkinin nəticəsi eyni zamanda konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyənləşdirəcək.

Oxunub: 262 | Tarix: 30-06-2015, 16:17 | Kateqoriya:

Analitika

Ətraflı...

Türkiyədə keçirilən parlament seçkilərinin analizi-Nuranə Çopurova

Ötən həftə iyunun 7-də Türkiyədə keçirilən parlament seçkiləri gözlənildiyi kimi yenə də qızğın keçdi. Seçki öncəsi siyasi partiyaların meydanlarda bir-birinə əzələ nümayişi seçkilərin nəticələrinə, o cümlədən xalqın siyasi iradəsinə təsir etmiş oldu. Seçkilərin əsas nəticəsi 13 ilə yaxındır hakimiyyəti təkbaşına əlində saxlayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tək hakimiyyətliyi itirməsi oldu. Bu isə 63-cü Türkiyə hökumətinin qurulması üçün koalisiya danışıqlarına başlanması və çoxpartiyalı hökumətin formalaşdırılması deməkdir. Amma 92 illik cumhuriyyət tarixi Türkiyədə koalisiya hökumətlərinin qısa müddətə və siyasi ziddiyətlər şəraitində mövcud olduğunu göstərir. Hazırki baş nazir Əhməd Davudoğlunun təbirincə desək, Türkiyədə heç bir koalisyon hökumət uğur qazanmayıb. Proporsional seçki sisteminə əsaslanan builki seçkilərdə Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.Lakin siyasi mübarizə daha çox iqtidar partiyası olan AKP, ana müxalifət partiyası Cumhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və etnik kürdləri və digər azsaylı xalqları təmsil edən Halkların Demokratik partiyası (HDP) arasında gedirdi.

Oxunub: 400 | Tarix: 30-06-2015, 16:13 | Kateqoriya:

Analitika

Ətraflı...

İnsan Hüquqlarının Beynəlxalq Hüquqi Müdafiəsi - Zeynalova Aygün

İnsan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər əsas etibarilə, müqavilə mənşəlidir. Müqavilənin üstünlüyü ondadır ki, o dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası ümumi regional müqavilələr sırasına daxildir. Bu konvensiya 1950-ci il 4 noyabrda Romada imzalanmışdır. 3 sentyabr 1953-cü il tarixində qüvvəyə minən bu Konvensiya 2003-cü ilin aprelindən etibarən 44 Avropa Şurası ölkəsi tərəfindən (Serbiya və Çernoqoriya istisna olmaqla) ratifikasiya olunmuşdur.

Oxunub: 2958 | Tarix: 4-03-2009, 10:25 | Kateqoriya:

Analitika

Ətraflı...

DÖVLƏT, VƏTƏNDAŞ VƏ QHT ƏLAQƏLƏRİ - Elnur Rüstəmov

Dövlət və əhali (vətəndaşlar) təbii bir müvazinət fonunda əlaqədədirlər. Dövləti təşkil edən hər bir vətəndaşın, hətta bütün ölkə əhalisinin tələbi mümkün olduqca yüksək səviyyəli sərbəstlik və ya yüksək səviyyəli demokratik şərtlərə əsaslanan inzibati idarə üsuludur. Bunun nəticələri isə fərqli siyasi ideologiyalara görə müxtəlif yönlü və ya müxtəlif (çoxsaylı) tələblərlə çıxış edən cəmiyyətin formalaşması deməkdir. Bu kimi göstəricilərə qarşı dövlət daxili və xarici təhlükəsizlik baxımından vətəndaşların sərbəstliklərini müəyyən mənada məhdudlaşdırmaq məcburiyyətindədir. Burada üzərində araşdırma apardığımız məsələ dövlətlə vətəndaş arasındakı əlaqələr və onların müxtəlif təzahür formalarıdır.

Oxunub: 1630 | Tarix: 4-03-2009, 10:15 | Kateqoriya:

Analitika

Ətraflı...

Müasir dünya və qadın hüquqları - Sədaqət Nəcəfzadə

Ənənəyə görə bu gün qadınlar kişilərdən təbriklər, xoş sözlər, gül və hədiyyə gözləyirlər. Amma çox az adam tapılar ki, 8 Martın tarixi ilə bağlı məlumatı olsun. Ona görə də qeyd etdiymiz beynəlxalq qadınlar gününün tarixinə qısa nəzər salmaq istəyirik. Bu gün SSRİ-nin keçmiş respbulikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada martın 8-i qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb. Dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstralyi, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür.

Oxunub: 3897 | Tarix: 25-02-2009, 11:03 | Kateqoriya:

Analitika

Ətraflı...

İRANIN NÜVƏ PROBLEMİ - Tural Əhmədov

Bu gün inkişaf edən dünyada demək olar ki, hər an gündəmdə olan, beynəlxalq hüquqa və insanların təhlükəsizlik və sülh şəraitində yaşamasına ciddi təhlükə yaradan problemlərdən biri də «nüvə» problemidir. «Nüvə» problemi XX əsrdən yaranmağa başlamış, müxtəlif istiqamətlərdə inkişaf etmiş və müasir dünyanı narahat edən məsələyə çevrilmişdir. Hazırki dünyada «nüvə» problemini yaradan əsas məsələ dünyada nüvə başlıqlarının hansı ölkələrdə ola bilməsidir. Məlum olduğu kimi hal-hazırda nüvə başlıqları Təhlükəsizlik Şurasının üzvləri və digər böyük dövlətlərdə mövcuddur. Hər hansı bir yeni dövlətin nüvə başlıqlarına sahib olması ilə bağlı məsələ beynəlxalq mübahisəyə çevrilir.

Oxunub: 1703 | Tarix: 25-02-2009, 10:36 | Kateqoriya:

Analitika

Ətraflı...

Ömürlük azadlıqdan məhrumetmə - Zaur Tağıyev

1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan hüquqları bəyannaməsindən götürülən bu normada insanların təbii hüquqlarından bəhs olunur. Yalnız qanunla müəyyən olunmuş hallarda bu hüquqlar məhdudlaşdırıla bilər. Ömürlük azadlıqdan məhrum etmə yalnız qanunla müəyyən olunmuş qaydada şəxslərin azadlıq hüququnu məhdudlaşdırmaq üçün tətbiq edilə bilər. Cinayət qanununa yeni daxil edilmiş bu cəza ölüm cəzasının (ölüm hökmünün) ləğv edilməsilə əlaqədar cəza sisteminə daxil edilmişdir.1993-cü ildən ölüm cəzasına faktiki moratorium qoyulmuşdu. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar 1998-ci il fevralın 3-də AR Milli Məclisinə müraciət etmişdir.

Oxunub: 1877 | Tarix: 25-02-2009, 10:31 | Kateqoriya:

Analitika

Ətraflı...