"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Fondun prezidenti

Fondun prezidentiCamalov Şahin Vəkilağa oğlu Cəlilabad rayonun 1 saylı orta məktəbində, 1994-1998-ci illərdə isə Lənkəran Özəl Türk Litseyində oxumuşdur. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakultəsində ali təhsili almışdır (bakalavr və maqistr pillələri). İxtisasca beynəlxalq hüquqşunasdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-hüquq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantıdır.

Cənubi Qafqazda insan hüquqlarının vəziyyətinə dair araşdırmalar aparır və bu mövzuyla bağlı elmi işin və çoxlu sayda məqalələrin müəllifidir. ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə İnsan hüquqlarının təbliği və tədrisini həyata keçirən “Xəzər” İnsan hüquqları məktəbinin yaradıcılarındandır. “Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur. “İnsan hüquqları” (müəllimlər üçün vəsait), “Məktəblərdə insan hüquqları” (müəllimlər üçün vəsait) kitablarının müəllifidir.

2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq beynəlxalq hərəkatı” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-cü ildən 2007-ci ilin sentyabr ayına kimi isə İcraçı direktoru vəzifələrində çalışıb. 2007-ci ilin sentyabr ayından “İnsan hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidentidir. İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun üzvü, "Qaynar Xətt" xidmətinin rəhbəri, Ədliyyə naziri yanında İctimai Komitənin üzvüdür.
shahin.camalov@azhumanrights.az

Oxunub: 1906 | Tarix: 10-01-2014, 10:08 | Kateqoriya:

Haqqımızda » Əməkdaşlarımız

Ətraflı...

Fondun icraçı direktoru

Fondun icraçı direktoru

Rəhimova Ülviyyə Faiq qızı 7 iyul 1987-ci il də Bakı şəhərində anadan olmuşdur. 1993-2004-cü illərdə 135 saylı orta məktəbdə təhsil almışdır. 2004-2008-ci illərdə Təfəkkür Universitetinin Beynəlxalq Hüquq fakültəsində bakalavr dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 2009-2013 illərdə İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” xidmətində hüquqşünas vəzifəsində çalışmışdır. 2014-cü ilin yanvar ayından etibarən “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun icraçı direktorudur.

Oxunub: 618 | Tarix: 7-01-2014, 09:28 | Kateqoriya:

Haqqımızda » Əməkdaşlarımız

Ətraflı...

Layihələr üzrə mütəxəssis

Nərgiz Ramazanova Məmməd qızı 9 mart 1991-ci il tarixində Bakıda anadan olub. 1998-2009-cu illərdə Ə.Şıxlinski adına 135 saylı orta məktəbdə təhsil almış, 2009-cu ildə isə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisasına qəbul olmuşdur. 2013-cü ildə Universiteti bitirmiş, 1 noyabr 2013-cü il tarixindən isə “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunda layihələr üzrə mütəxəssis kimi işə başlamışdır.

Oxunub: 551 | Tarix: 3-01-2014, 09:31 | Kateqoriya:

Haqqımızda » Əməkdaşlarımız

Ətraflı...

“Beynəlxalq Əlaqələr və Fandreyzinq” üzrə ekspert

“Beynəlxalq Əlaqələr və Fandreyzinq” üzrə ekspertƏsgərov Aqşin Binyamin oğlu, Astara rayonunun 1 saylı məktəbində orta təhsil almışdır, 2002-2006 cı illərdə Lənkəran Dövlət Universitetinin “Humanitar və Pedaqoji Elmlər” fakultəsində “Ingilis Dili və Ədəbiyyatı” ixtisasında bakalavr təhsili almışdır. Iş fəaliyyətinə gəldikdə, 2004-2006 ci illər ərzində Lənkəranda yerləşən “Şəfəq Ekoturizm” ictimayi birliyində tərcüməçi, 2005-2007 ci illərdə Avrasiaya Fondunun “Azərbaycan Gənclər Fondu” proqramında müsahibəçı, 2007-2008 Astara rayonununda “Beynəlxalq Tədqiqatlar və Mübadilələr Mərkəzi” (İREX) təşkilatında “Regional Kitabxana və İnformasiya Mərkəzi” layihəsində sistem inzibatçısı vəzifəsində, 2008-2009 cu illərdə “Əlillərin İqtisadi Hüquqlarının Dəstəklənməsi” layihəsində ictimai əlaqələr üzrə məsul şəxs qismində çalışmışdır. Hal-hazırda, “İnsan Hüquqları XXI əsr-Azərbycan” fondunda “Beynəlxalq Əlaqələr və Fandreyzinq” söbəsində ekspert vəzifəsində işləyir.

Oxunub: 1623 | Tarix: 1-06-2009, 10:01 | Kateqoriya:

Haqqımızda » Əməkdaşlarımız

Ətraflı...

  • flag
  • flag
  • flag
azhumanrights

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30