"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Fəaliyyətimiz

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu 2004-cü ildə təsis olunmuşdur. Təşkilatın əsas məqsədi Azərbaycanda insan hüquqlarının qorunmasına kömək etmək, pozulmuş hüquqların bərpa olunmasına nail olmaq və hüquqi maarifləndirmə missiyasını həyata keçirməkdən ibarətdir.

Təşkilat fəaliyyət göstərdiyi qısa müddət ərzində daxili imkanlar və resurslar hesabına keçən bələdiyyə seçkilərinin lazımi səviyyədə keçirilməsinə mane olan şəraitin aydınlaşdırılması və səbəblərin aradan qaldırılması layihələrinin həyata keçirilməsi məqsədi ilə respublikanın bir neçə regionunda sosioloji sorğular keçirmişdir. Təşkilatın üç dildə İnternet saytı fəaliyyət göstərir.

Bələdiyyə seçkilərinin keçirilməsi qaydalarına və seçicilərin hüquqlarına, AR-nın konstitusiyasına, məhkəmələrə müraciət qaydalarına aid bukletlər nəşr olunub, Bakıda və rayonlarda yayılmışdır. Fond həmçinin ayda bir dəfə, pulsuz paylanan “Vətəndaş və Cəmiyyət” analitik informasiya qəzetini nəşr edib yayır. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaqların və gənclərin hüquqi maarifləndirilməsidir.

Belə ki, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” fondu may ayının 18-də Azərbaycan mehmanxanasının konfrans zalında “Məktəblilərin insan hüquqları barədə maarifləndirilməsi” mövzusunda seminar keçirmişdir. Tədbirdə Bakı şəhərinin 17 orta məktəbinin 10-11 sinif şagirdləri və müəllimləri, insan hüquqlaı sahəsində mütəxəssislər, KİV nümayəndələri iştirak etmişlər.

Məktəblilərin öz hüquq və vəzifələrini hansı səviyyədə bilmələrini, məktəblilərin insan hüquqları barədə maarifləndirilmələrinin nə dərəcədə vacib olduğunu həmçinin uşaqların hüquqları sahəsində mövcud olan problemləri aşkar etmək məqsədilə 54 məktəbli arasında sosioloji sorğu keçirilmişdir. Sorğunun nəticləri məktəblilərin hüquqi bilik səviyyəsinin artırılmasının vacibliyini aşkar etmişdir.

Fondun hazırladığı uşaq hüquqlarına həsr olunmuş bukletlər Bakı şəhərinin 20 orta məktəbinin şagirdləri arasında paylanmışdır.

Təşkilatda respublikanın Ali Məktəb tələbələri üçün “hüquq məktəbi” fəaliyyətdədir və fondun əməkdaşları tərəfindən Bakı şəhərinin orta məktəblərində ardıcıl olaraq insan hüquqları ilə bağlı seminarlar keçirilir. Hal-hazırda Fond respublikada uşaq hüquqları üzrə ilk resurs mərkəzinin yaradılması layihəsi üzərində işləyir. Həmçinin təşkilat 2 layihənin həyata keçirilməsinə başlayıb.

Birinci layihə “Həbsxanalara nəzarət” birliyi və Bolqarstandakı “Keçmiş məhbusların reabilitasiyası mərkəzilə”birgə reallaşdırılır. Layihə Azərbaycanda siyasi məhbus probleminin monitorinqi nəzərdə tutur. İkinci layihə neft sahəsində çalışanların hüquqlarının müdafiəsi koalisiyasının yaradılmasını nəzərdə tutur. Koalisiyanın əsas vəzifəsi bu sahədə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olmaqdır.

Fond həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvüdür.

Oxunub: 1423 | Tarix: 19-06-2008, 16:17 | Kateqoriya:

Haqqımızda » Fondumuz

Ətraflı...