Saytda axtarış:
Sorğu
Azərbaycanda İnsan hüquqlarının müdafiə olunma səviyyəsi sizi qane edirmi?
Bəli
Xeyr
Bilmirəm

Partnyorlarımız




















ABŞ Konqresinin Alt Komitəsi ve Dağlıq QarabağAlt Komitə Barak Obamanın Ermənistana göstərilən yardımı 7,5 milyon dollar azaltmaq təklifini yolverilməz sayır.

ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli KOmitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib. Məlumatda qeyd olunur ki, konqresmen Adam Şifin səyləri nəticəsində Dağlıq Qarabağa yardımın miqdarı 150 faiz artırılması, Ermənistana göstərilən maliyyə yardımının miqdarı əvvəlki tək saxlanması, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə yardım ayrılması gündəmə gətirilib, İrəvan və Bakıya hərbi yardım göstərilməsində paritetin gözlənilməsi təklif olunub.

Oxunub: 8 dəfə | Tarix: 17 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Almaniya deputatı ərazi bütövlüyünü unudaraq, öz müqəddəratını təyinetmə hüququndan danışıbAlmaniya Yaşıllar Partiyasının nümayəndəsi, Bundestaqın (parlament) deputatı Folker Bek Dağlıq Qarabağ münaqişəsinin həllini ancaq süh yolunda görür.
Bununla belə, o hesab edir ki, azlıqların öz müqəddəratını təyinetmə hüququna riayət etmək lazımdır. Maraqlıdır ki, deputat beynəlxalq hüququn əsas prinsipləri - dövlətlərin ərazi bütövlüyünün qorunması haqqında heç bir söz deməyib.
Trend-in məlumatına görə, Bek bu barədə öz fikrini çərşənbə günü Bakıda demokratiya məsələlərinə həsr edilmiş tədbirdə bildirib.

Oxunub: 5 dəfə | Tarix: 16 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Beynəlxalq təşkilatlar Ermənistandan istifadə etmək üçün çalışırlarBu gün müəyyən qüvvələrə Ermənistanda demokratik cəmiyyətin qurulması deyil, bu ölkədən alət kimi istifadə edib regionda qeyri-sabitlik yaratmaq maraqlıdır.
Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
"Buna görə də hansısa beynəlxalq təşkilat və ya dünyanın aparıcı bir dövləti Ermənistandakı son parlament seçkiləri barədə müsbət rəy bildirsə, bu, məni təəccübləndirməyəcək", - o deyib.
Səmədov qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyətinin nəinki demokratik seçkilər keçirmək qüvvəsi yoxdur, ümumiyyətlə, onlarda belə bir arzu yoxdur.

Oxunub: 16 dəfə | Tarix: 10 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yenilik tətbiq ediləcəkYaxın vaxtlarda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, o cümlədən qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı sənədlərin qəbulunun, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı sənədlərin qəbulunun nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə əlaqədar sənədlərin qəbulunun, dövlət rüsumlarının ödənilməsinin elektron xidmət kimi göstərilməsinə başlanılacaq.

Oxunub: 30 dəfə | Tarix: 5 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

“İnsan Hüquqları XXI əsr –Azərbaycan” Fondunun nəzdində yaradılmış “internat məktəblərini bitirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial reabilitasiyası mərkəzi” 01.05.2012 – ci il tarixindən etibarən öz fəaliyyətinə başlamışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi internat məktəblərini bitirmiş və bitirməkdə olan yeniyetmələrin məktəbdən sonrakı həyatlarını kompleks şəkildə formalaşdırmaqlarına dəstək verməkdir.
Bildirmək istərdi ki, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu internat məktəblərində bu günə kimi bir neçə davamlı lahiyələr həyata keçirmişdir və bu sahədə böyük təcrübəyə malikdir. Lahiyələr çərçivəsində keçirilən seminarlar, təlimlər və görüşlər nəticəsində internat məktəblərini bitirməkdə olan uşaqların əsas problemləri dəqiqləşdirilmiş, araşdırılmış və yaradılmış mərkəzin əsas fəaliyyət istiqamətlərinə çevrilmişdir.
Təcrübə onu göstərirki, internat məktəblərini bitirmiş yeniyetmələr cəmiyyətə adoptasiya olunmaqda böyük çətinliklərlə üzləşirlər və bir çox hallarda kriminal qrupların təsiri altına düşüb həyatlarını məhv edirlər. Mərkəzin əsas vəzifəsi belə neqativ halların qarşısını almaq, cəmiyyət üçün sağlam, bilikli və bacarıqlı gənclərin yetişdirilməsinə yardımçı olmaqdır. İnternat məktəbini bitirmiş gənclərin peşə məktəblərinə maneəsiz yerləşdirilməsi, təhsildə əldə olunan uğurlarını qiymətləndirərək dil və kompyuter kursları ilə təmin olunması və yiyələnmiş ixtisasa uygun işlə təmin olunma kimi vacib məsələlərin həlli mərkəzin qarşısına qoyduğu əsas məqsədlərdən biridir

Oxunub: 55 dəfə | Tarix: 2 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda vergi ödəyicilərinin nəzərinə: qanunvericiliyə dəyişiklik edilibAzərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.
Trend-in məlumatına görə, dəyişikliyi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik xüsusi, özəl notariuslarla bağlıdır.

O qeyd edib ki, notarius fəaliyyəti gəlirli fəaliyyətdir.

"Ona görə də bu dəyişikliklə xüsusi notariuslara vergi ödəyicisi statusu veriləcək. Bu notariuslar iş adamları ilə müqavilə imzalaya biləcəklər", - Hüseynli deyib.

Oxunub: 37 dəfə | Tarix: 2 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sədrliyi dövründə terror mövzusunu müzakirəyə çıxaracaq.
Azərbaycan BMT TŞ-də terror mövzusunu müzakirəyə çıxaracaq
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gündən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə bu mötəbər quruma sədrlik edəcək. Sədrlik müddəti ərzində Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən, dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaq.

Məlumata görə, Təhlükəsizlik Şurasının sədri olaraq, terrordan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan "Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər" mövzusunda yüksək səviyyəli iclas keçirməyi planlaşdırır.

Oxunub: 29 dəfə | Tarix: 2 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

ECO ölkələrinin əməkdaşlığı İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-ya üzv ölkələrin Baş prokurorları Tehranda keçirilən iclas zamanı bəyanat qəbul ediblər.
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda mütəşəkkil cinayətkarlıq, kiber hücümlar, terrorçuluq, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulmasına qarşı mübarizə üçün hüquq və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanır.
Çərşənbə axşamı Tehranda ECO-ya üzv ölkələrin Baş prokurorlarının iclası başa çatıb. İclasda Azərbaycan, İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkiyənin nümayəndələri iştirak ediblər.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycanı Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Maqsudov təmsil edib.
Bəyanatda həmçinin təhsil mərkəzləri arasında elmi-tədqiqi əlaqələrə dəstək, prokurorlar tərəfindən seminarların müntəzəm keçirilməsi və hərtərəfli hüquqi məlumat bazasının yaradılmasının vacibliyi qeyd olunub.
Növbəti iclas 2013-cü ildə İstabulda keçiriləcək.

Oxunub: 28 dəfə | Tarix: 2 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan deputatları Almaniyada dərc olunan qeyri-obyektiv yazılara münasibət bildirib.

"Almaniya mətbuatında Azərbaycana qarşı gedən yazılara səthi yanaşılmamalıdır", - Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputat Azay Quliyev deyib.

"Bizim narazılığımız Almaniya dövlətinə, xalqına və hökumətinə qarşı deyil. Azərbaycan xalqının narazılığı Yaşıllar Fraksiyasının ölkəmizlə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatlar ilə bağlıdır", - deputat əlavə edib.

Quliyev bildirib ki, Azərbaycanla Almaniya dost və tərəfdaş ölkələrdir.

"İki ölkə arasında keçən il 2 milyard dollardan çox ticarət dövriyyəsi olub. Almaniya Bundestaqının 2009-cu ildə qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınıb", - millət vəkili deyib.

Onun sözlərinə görə, Almaniyanın bəzi media orqanlarında gedən qeyri-obyektiv yazılar Azərbaycanın imicinə xələl gətirmək naminə yazılır.

Deputat Çingiz Qənizadə isə çıxışında bildirib ki, Milli Məclisin üzvlərinin bu günlərdə Almaniyaya baş tutan səfəri zamanı bu məsələ müzakirə olunub və qeyd edilib ki, bu, Almaniya xalqının mövqeyi deyil.

Oxunub: 31 dəfə | Tarix: 1 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

ABŞ-ın universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilibABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda Konfrans keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə bildirilib ki, konfrans Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmacısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış etmişlər. Konfransda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak etmişdir.

Konfrans iştirakçıları Cənubi Qafqaz regionunun gələcək inkişafı və beynəlxalq sistemə inteqrasiyasının təmini üçün regiondakı mövcud münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildirmişlər.

Oxunub: 39 dəfə | Tarix: 1 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

İtaliyada çıxan “Charta Minuta” jurnalında Ermənistanın Azərbaycan ərazilərinin işğalıİtaliya parlamentində “Farefuturo Fondazione” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışına həsr edilmiş konfrans keçirilib. Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr” adlanır və Avropada həll edilməmiş müharibələrə həsr edilib. Buraxılış Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırıma geniş yer ayırıb. Bu barədə APA-ya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bildirilib. Tədbirdə iştirak edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun verdiyi məlumata əsasən, “Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən biri olan “Farefuturo” AVCİYA-nın tərəfdaşıdır. Bu ilin əvvəllərində Bakıya səfər etmiş “Farefuturo”nun prezidenti, İtaliya parlamentinin üzvü Adolfo Urso ilə aparılan danışıqlar nəticəsində iki təşkilat arasında əməkdaşlığa zəmin yaranıb. İtaliya parlamentində təşkil olunmuş tədbirdə 75-ə yaxın deputat, elmi işçilər, işgüzar şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Oxunub: 67 dəfə | Tarix: 20 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan prezidenti BMT təşkilatının konfransında iştirak edibAprelin 19-da Bakıda, “Hilton Baku” otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı işə başlayıb.

Bölmə: SİYASƏT
19 Aprel 2012 14:26

Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

Müasir dövrdə dünyanı narahat edən problemlərdən olan ərzaq təhlükəsizliyi məsələsinin müzakirəsi üçün Bakıya dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndə gəlib. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatların nümayəndələri konfransa müşahidəçi qismində dəvət olunub. Bu fakt bir daha konfransa olan marağı nümayiş etdirir.

Oxunub: 64 dəfə | Tarix: 19 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ermənilər Türkiyədən 15 milyard dollar istəyir...Erməni diasporu qondarma “erməni soyqırımı” ilə bağlı təzminat tələbini dilə gətirməyə başlayıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, aprelin 12-də BMT-də qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini söyləyib.

Oxunub: 48 dəfə | Tarix: 19 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda sərxoş sürücülər ömürlük sürücülük hüququndan məhrum ediləcəklər?Azərbaycanda alkoqollu içki qəbul etmiş sürücülər tərəfindən törədilən yol qəzaları ümumi hadisələrin təqribən 3 faizini təşkil edir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu səbəbdən alkoqollu içki qəbul etmiş sürücülər barəsində cəzaların daha da sərtləşdirilməsi məqsədəuyğun deyil.

Onun sözlərinə görə, Rusiyada sürücü təkrarən sərxoş vəziyyətdə avtombil idarə edərsə, onun sürücülük hüququndan ömürlük məhrum edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub.

Oxunub: 71 dəfə | Tarix: 18 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Şahdəniz-2" layihəsi növbəti işlənmə mərhələsinə daxil olur"Şahdəniz" konsorsiumu mühüm bir irəliləyişə nail olub və hesablamalara görə, 25 milyard dollarlıq "Şahdəniz-2" layihəsinin ilkin mühəndis-layihələşdirmə işlərinə başlamaq qərarını təsdiq edib. Bu barədə çərşənbə axşamı Trend-ə "BP-Azərbaycan" şirkətindən məlumat verilib.

"Bu qərar bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə "Şahdəniz"in operatoru olan BP-nin Bakıda işgüzar səfərdə olan baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib", - məlumatda deyilir.

"Şahdəniz-2" layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Bu gün elan edilmiş bu mühüm irəliləyişin əldə olunması konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin sonlarında başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir.

Oxunub: 67 dəfə | Tarix: 18 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
← Geri    1 2 3 ... 52 53 54    İrəli →


Ünvan: Bakı ş., ak. Həsən Əliyev küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 564-11-38;
E-mail: office@azhumanrights.az